“Qalatasaray” PSJ ilə matça ciddi itki ilə çıxacaq
Türkiyə çempionu “Qalatasaray” UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Fransa nəhəngi PSJ-yə qarşı keçirəcəyi oyun öncəsi ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Mario Lemina bu oyunda meydana çıxa bilməyəcək.
Qabonlu yarımmüdafiəçi zədədən əziyyət çəkir. Bu üzdən də onun adı PSJ ilə matçın iştirak ərizəsinə daxil edilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu gün keçiriləcək “Qalatasaray” – PSJ matçına saat 23:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin