“Qalatasaray” “Portu”nun futbolçusu ilə gücləndi
“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi “Portu”dan Serjio Oliveyranı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İstanbul təmsilçisi bu transfer üçün Portuqaliya klubuna 3 milyon avro təzminat ödəyib. 30 yaşlı futbolçu geridə qalan mövsümü icarə əsasında İtaliyanın “Roma” klubunda keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin