“Qalatasaray” bu gün Osimhen üçün növbəti dəfə danışıqlar aparacaq

“Qalatasaray” “Napoli”nin hücumçusu Viktor Osimhenin transferi üçün danışıqları davam etdirir.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi nigeriyalı forvard üçün 75 milyon avro ödəməyə hazırdır.

Bu, 26 yaşlı futbolçunun müqaviləsindəki təzminat məbləğinə tam uyğundur. Ancaq “Qalatasaray” bu məbləği bir neçə hissədə ödəməyi təklif edir. Bu isə “Napoli” rəhbərliyinin razılığını almağı çətinləşdirə bilər.

Bu gün tərəflər arasında Osimhenlə bağlı yeni danışıqlar keçiriləcək. “Qalatasaray” artıq ona müddəti 2028-ci ilə qədər olan müqavilə və əlavə olaraq bir illik uzatma imkanı təklif edib. Osimhenin illik maaşı isə 18 milyon avro olaraq planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button