“Qalatasaray” isveçrəli futbolçu üçün İngiltərəyə nümayəndə göndərib

“Qalatasaray”ın nümayəndələri müdafiəçi Manuel Akanjiyə görə “Mançester Siti” ilə razılığa gəlmək üçün İngiltərəyə səfər ediblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu eyni vaxtda həm “şəhərlilər”lə, həm də futbolçunun özü ilə danışıqlar aparır, lakin hələlik heç kimlə razılıq əldə olunmayıb. Eyni zamanda, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiolanın heyəti ixtisar etmək istədiyi üçün Akanjini satmağa hazır olduğu bildirilir.

30 yaşlı isveçrəli müdafiəçi 2024/25 mövsümündə bütün yarışlarda 40 matçda iştirak edib və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button