“Qalatasaray” onu yenidən icarəyə verdi

Türkiyənin “Qalatasaray” klubu daha bir futbolçusunu icarəyə verib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Yunus Akgünü “Adana Dəmirspor” klubuna icarəyə göndərib.

Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. 21 yaşlı futbolçu bu mövsümün sonuna qədər Adana təmsilçisinin uğurları üçün çalışacaq.

Yunus Akgün “Qalatasaray”ın öz yetirməsidir. O, 2018-ci ildən İstanbul təmsilçisinin əsas komandasında forma geyinir. Türkiyənin U-21 yığmasının da üzvü olan futbolçu, ötən mövsümü də “Adana Dəmirspor”da icarədə keçirib.

“Qalatasaray” bu gün digər yarımmüdafiəçisi Emre Akbabanı da “Alanyaspor”a icarəyə verdiyini açıqlayıb. Emrenin İstanbul klubu ilə 2023-cü, Yunusun isə 2024-cü ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button