“Qalatasaray” onu 1,5 milyona satdı
“Qalatasaray” braziliyalı müdafiəçisi Maykonu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə satıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
“Sarı-qırmızılar” 31 yaşlı futbolçunu 1 milyon 430 min avroya satıb. Son ilyarımı “Əl-Nəsr”də icarədə keçirən Maykon “Qalatasaray”dan birdəfəlik ayrılmağa qərar verib.
Maykon 2017-ci ildə “San Paulo”dan 8 milyon avro qarşılığında “Qalatasaray”a transfer olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin