“Qalatasaray” ingiltərəli müdafiəçi ilə maraqlanır

“Nyukasl”ın müdafiəçisi Kiran Tripyer “Qalatasaray”ın transfer hədəfidir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar”ın rəhbərliyi ingiltərəli oyunçunu satmaqda maraqlı deyil, ancaq İstanbul klubu onu transfer etmək ümidini itirməyib.

“Qalatasaray”dan təklif Türkiyədə transfer pəncərəsinin bağlandığı gün, fevralın 11-dən əvvəl gələ bilər.

34 yaşlı Tripyer Premyer Liqanın cari mövsümündə “Nyukasl”ın heyətində 14 oyuna çıxıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button