“Qalatasaray” “Mançester Yunayted”in futbolçusu ilə anlaşıb

“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu “Qalatasaray”la danışıqlar aparıb və müqavilə ilə bağlı razılığa gəlib.

Türkiyə nəhəngi Maktomineyə ildə 5,5 milyon avro ödəməyə hazırdır. İndi klublar transfer məbləğini razılaşdırmalıdırlar.

27 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yayından “qırmızı şeytanlar”ın rənglərini qoruyur. Onunla MY arasındakı hazırkı müqavilə 2025-ci ilin iyun ayının sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button