“Qalatasaray”ın hədəfi – “Mançester Yunayted”in qapıçısı

“Qalatasaray” Fernando Musleradan sonrakı dönəm üçün qapıçı axtarışlarını davam etdirir. 

Komanda.az “A Spor”-a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın əsas hədəfi “Mançester Yunayted”də çıxış edən Altay Bayındırdır.

İstanbul təmsilçisi İngiltərə klubunda heyətə düşə bilməyən qolkiper üçün ilkin danışıqlara start verib. Andre Onananın kölgəsində qalan türk qapıçı özü də daha çox forma şansı qazana biləcəyi komandaya getməkdə maraqlıdır.

Altay Bayındır mövsümün əvvəlində “Fənərbaxça”dan “Mançester Yunayted”ə transfer olunub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button