
“Qalatasaray” Mourinyodan şikayət edəcək
Türkiyə Super Liqasının 25-ci turunda “Qalatasaray” – “Fənərbaxça” matçı keçirilib. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra “Fənərbaxça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo rəqib komanda haqqında sərt danışaraq, onların “meymunlar kimi ehtiyat oyunçular skamyasında tullandığını” deyib.
“Qalatasaray”dan verilən açıqlamaya görə, Mourinyonun əxlaqsız fikirləri klubu hədsiz dərəcədə narazı salıb. “Cim-bom” onun irqçi ifadələri ilə bağlı cinayət işi açdırmaq niyyətindədir. Klub UEFA və FİFA-ya da şikayət edəcək.
“Qalatasaray” derbidən sonra Türkiyə çempionatının turnir cədvəlinə başçılıq edir, “Fənərbaxça” isə 2-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin