
“Qalatasaray” Moratanın müqaviləsini ləğv edib
“Qalatasaray” hücumçu Alvaro Moratanın icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunduğunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu bu qərarın tərəflərin, o cümlədən ispaniyalı oyunçunun müqavilə ilə məxsus olduğu “Milan”ın razılığı ilə verildiyini bildirib.
İtaliya təmsilçisi bu razılığa görə 5 milyon avro kompensasiya ödəyəcək. Çünki 32 yaşlı forvardın icarə müddəti 20 yanvar 2026-cı ildə başa çatmalı idi.
Məlumata görə, Morata təxminən 650 min avroluq ödənişdən də imtina edib. Bundan əvvəl yayılan xəbərlərdə “Komo”nun onu “Milan”dan 12 milyon avroya alacağı bildirilmişdi.
Morata Super Liqada keçirdiyi 6 ay ərzində 12 oyunda iştirak edib və 6 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin