“Qalatasaray” Mitroğlu ilə vidalaşdı
Türkiyə çempionu “Qalatasaray” daha bir futbolçusu ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi yunanıstanlı hücumçusu Kostas Mitroğlu ilə yolları ayırıb.
Yunanıstan millisinin üzvü bundan sonra Hollandiyanın PSV klubunun uğurları üçün çalışacaq. Bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb.
İstanbul klubunun yaydığı məlumata görə, PSV “Qalatasaray”a 1 milyon 250 min avro icarə haqqı ödəyəcək. Amma Türkiyə çempionu futbolçunun özünə 1 milyon 950 min avro ödəyəcək.
Xatırladaq ki, Mitroğlu əslində müqavilə ilə Fransanın “Olimpik” (Marsel) klubuna məxsusdu. “Qalatasaray” 31 yaşlı forvardı ötən mövsüm 1,5 illik icarəyə götürmüşdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin