“Qalatasaray” Markaonu heyətdən kənarlaşdırdı
Türkiyənin “Qalatasaray” klubu Super Liqanın 1-ci turu çərçivəsində “Giresunspor”la səfər oyununda komanda yoldaşı Kerem Aktürkoğlunu vuran futbolçusu Markaonu heyətdən kənarlaşdırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə braziliyalı futbolçunun növbəti qərar qəbul olunana qədər fərdi şəkildə məşq edəcəyi diqqətə çatdırılıb. Oyunçunun cərimə olunacağı da vurğulanıb.
Qeyd edək ki, Markao sözügedən qarşılaşmada Kerem Aktürkoğluna hücum çəkərək onu əvvəlcə başı ilə vurmuş, ardından yumruqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin