
Türkiyə klubu Gündoğanı transfer etmək istəyir
“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan Türkiyə Super Liqasına keçə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun transferində “Qalatasaray” maraqlıdır.
Almaniyalı yarımmüdafiəçinin “şəhərlilər”lə hazırkı müqaviləsi bu il iyunun sonunda başa çatacaq.
Gündoğan İngiltərə Premyer Liqasının cari mövsümündə 19 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin