Türkiyə klubu Lukmanı icarəyə götürmək istəyir

“Atalanta”nın hücumçusu Ademola Lukman Avropanın bir çox top-klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun icarə əsasında transferini “Qalatasaray” da nəzərdən keçirir.

Həmyerlisi Viktor Osimhenin Türkiyə klubunda çıxışı da Lukmanın qərarına təsir edə bilər.

Bundan başqa, nigeriyalı forvarda “İnter”, “Roma”, “Napoli”, “Atletiko”, “Tottenhem”, “Aston Villa” və “Vest Hem” kimi klublar da maraq göstərir. “Atalanta” oyunçusunu təxminən 55–60 milyon avroya satmağa hazırdır.

Lukman cari mövsümdə bütün turnirlər daxil olmaqla 10 oyunda meydana çıxıb və 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button