Türkiyə klubu Lukmanı icarəyə götürmək istəyib

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk klubun “Atalanta”nın hücumçusu Ademola Lukmana marağı olduğunu təsdiqləyib.

Türkiyədə transfer pəncərəsi sentyabrın 12-dək açıqdır və İstanbul təmsilçisi nigeriyalı forvardı heyətinə qatmağa çalışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli çalışdırıcı, Lukmanı icarəyə götürmək istədiklərini bildirib:

“Biz Lukmanı icarəyə götürmək istəyirdik, amma “Atalanta” icarə variantlarını nəzərdən keçirmir”.

27 yaşlı futbolçunun adı yayda transfer xəbərlərində hallanıb. “İnter” onu heyətinə qatmaq istəsə də, “Atalanta” buraxmayıb. Nigeriyalı forvard isə klubdan ayrılmaq istəyini gizlətməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button