“Beşiktaş” növbəti mərhələdə, Ələskərovun komandası dayandı
Futbol üzrə Türkiyə kubokunda 5-ci təsnifat mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
8 qolun qeydə alındığı “Kasımpaşa” – “Kocaelispor” matçında meydan sahibləri qələbə qazanıblar. “Hatayspor” “Mənəmənspor”u, “Antalyaspor” “Girəsunspor”u, “Trabzonspor” “Boluspor”u mübarizədən kənarlaşdırıb. “Qalatasaray” isə “Dənizlispor” səddini keçə bilməyib. Qarşılaşmanın 6 qolluq əsas vaxtının sonlarında qələbəni əldən verən İstanbul təmsilçisi, əlavə vaxtda fərqlənə bilməyib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Dənizli təmsilçisi mərhələ adlayan tərəf olub.
İkinci oyun günündə daha beş qarşılaşma baş tutub. Super Liqa təmsilçilərindən “Alanyaspor”, “Fatih Karagümrük”, “Adana Dəmirspor”, “Göztəpə” və “Fənərbaxça” qələbə qazanmaqla kubokda mərhələ adlayıb.
Sonuncu oyun günündə altı qarşılaşma keçirilib. Super Liqa təmsilçisi “Yeni Malatyaspor” aşağı liqada mübarizə aparan “Bandırmaspor”a uduzaraq mübarizəni dayandırıb. Azərbaycan yığmasının yarımmüdafiəçisi Namik Ələskərovun komandası – “Bursaspor” elita təmsilçisi “Qaziantep”ə penaltilərlə uduzaraq mübarizəni dayandırıb. Bu oyuna start heyətdə başlamış azərbaycanlı futbolçu 62-ci dəqiqədə əvəzlənib. “Kayserispor”, “Konyaspor”, “Sivasspor” və “Beşiktaş” da sürprizə imkan verməyib.
Türkiyə kuboku, 5-ci mərhələ
28 dekabr
Kasımpaşa – Kocaelispor 5:3
Hatayspor – Mənəmənspor 1:0
Antalyaspor – Girəsunspor 2:1
Trabzonspor – Boluspor 1:0
Qalatasaray – Dənizlispor 3:3 (penaltilər 5:6)
29 dekabr
Alanyaspor – Mardin BB 5:0
Fatih Karagümrük – Bodrumspor 4:0
Adana Dəmirspor – Ankaraspor 3:2
Göztəpə – Samsunspor 1:0
Fənərbaxça – Afyonspor 2:0
30 dekabr
Yeni Malatyaspor – Bandırmaspor 2:3
Kayserispor – Aksaray 4:0
Konyaspor – Ümraniyəspor 2:0
Sivasspor – Ankaragücü 2:1
Qaziantep – Bursaspor 1:1 (penaltilər 5:4)
Beşiktaş – Altay 1:0
Bizi Facebook-da izləyin