“Qalatasaray”ın yeni prezidentindən Fatih Terimlə bağlı açıqlama

“Qalatasaray” klubunun yeni prezidenti Burak Elmas ötən mövsüm komandanı çalışdıran Fatih Terimlə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Türkiyə mətbuatına danışan Elmas, bunları deyib:

“Verdiyimiz sözləri bilirik. Lazım olan nədirsə, edəcəyik. Heç kimin buna şübhəsi olmasın. “Qalatasaray” bizim ailəmizdir. Ailəmizə söz vermişik və lazım olanı edəcəyik”.

Burak Elmas daha əvvəl “Qalatasaray”da prezident seçiləcəyi halda, komandanın baş məşqçi postuna Fatih Terimi gətirəcəyini demişdi.

Ötən mövsümdə komandanın “sükanı arxasında” olan Terimin “Qalatasaray”la müqaviləsinin müddəti bitib. Amma klubun yeni prezidenti hələ tam fəaliyyətə başlamasa da, Fatih Terimin sabahdan komandanı məşqlərə çıxaracağını bəyan edib: “Vaxt itirə bilmərik. Hələ çox işimiz var. “Qalatasatay”ın baş məşqçisi Fatih Terimdir. Özü ilə də görüşdük. Birlikdə çox işlər görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button