Kyuellin yeni iş yeri açıqlandı
“Qalatasaray” klubunun keçmiş futbolçusu Harri Kyuellin yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 42 yaşlı mütəxəssis İngiltərənin “Barnet” komandasına baş məşqçi təyin olunub. Bu barədə 5-ci liqa (Konfrans Liqası) təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Kyuell son olaraq İngiltərənin 4-cü liqa təmsilçisi “Oldhem”də baş məşqçilik edib.
Kyuell futbolçu karyerası ərzində İngiltərədə “Lids”, “Liverpul”, Türkiyədə “Qalatasaray” kimi klublarda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin