
Fatih Terimin maaşı məlum oldu
“Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimin illik məvacibi məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Rezan Epözdemir Türkiyə mətbuatına açıqlama verib. O, 68 yaşlı mütəxəssisin “Qalatasaray”da illik 21 milyon TL (3,738,000 manat) qazandığını bildirib.
Fatih Terim 2017-ci ildən “Qalatasaray”ı çalışdırır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin