“Bizdən soruşurlar ki, dünyanın hər yerində futbol oyunları təxirə salınıb, biz niyə oynayırıq?”
“Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Super Liqanın 26-cı turunda “Beşiktaş”la qarşılaşdıqları matçdan (0:0) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Terim, qarşılaşmanın təxirə salınmamasına görə narazılığını bildirib:
“Futbolçularımı təbrik edirəm. Onlara məntiqli bir səbəb açıqlaya bilmədik. Bizdən soruşurlar ki, dünyanın hər yerində futbol oyunları təxirə salınıb, biz niyə oynayırıq? FİFA ilk dəfə iki ay içərisində milli komandaya futbolçu göndərə bilməzsiz dedi. Halbuki, ilk qayda müəyyən zaman kəsiyində yığmaya oyunçu verməkdir.
Ağlınıza gələcək bütün qurumların işçiləri evlərinə göndərildi, iclaslar ləğv olundu. Yalnız futbol, basketbol kimi oyunları təxirə salmadılar. Biz nə edək? Künc zərbəsi zamanı futbolçumuza “yaxın durma, 1,5 metr irəlidə dayan” deyək?”
Bizi Facebook-da izləyin