“Qalatasaray” cərimə edildi, futbolçusu 6 oyunluq cəzalandırıldı
“Qalatasaray” klubu və futbolçusu Oğulcan Çağlayan cəzalandırılıb.
Komanda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Çağlayan ötən ilin yayında “Rizəspor” klubu ilə müqaviləsini təktərəfli ləğv etmiş və mövsümün sonunda “Qalatasaray”a keçmişdi. Qaradəniz təmsilçisi futbolçusunu müqaviləsini təktərəfli ləğv etdiyi və “sarı-qırmızılar”la danışıqlar apardığı üçün şikayət etmişdi.
Türkiyə Futbol Federasiyası “Rizəspor”un şikayətini təmin edib və “Qalatasaray”la futbolçunu cəzalandırıb. “Qalatasaray” Oğulcan üçün “Rizəspor”a 1,2 milyon avro təzminat ödəyəcək. 24 yaşlı yarımmüdafiəçi isə 6 oyunluq diskvalifikasiya olunub.
Oğulcan bu mövsüm “Qalatasaray”la 12 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin