“Qalatasaray”da Falkao şoku – yenidən zədələndi
“Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, “sarı-qırmızılar”ın hücumçusu Radamel Falkao zədələnib. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Super Liqanın 16-cı turu çərçivəsində keçirilən “Qalatasaray” – “Antalyaspor” matçında (0:0) zədələnən kolumbiyalı hücumçu 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Falkao bir neçə gün əvvəl zədədən yeni sağalmış və 2 aylıq bərpa müddətindən sonra ötən turun “Trabzonspor” oyunu ilə yaşıl meydanlara qayıtmışdı.
Falkao bu mövsüm Super Liqada 8 oyuna 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin