
“Qalatasaray”ın yeni transferi əməliyyat olunacaq
“Qalatasaray” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Barış Alpər Yılmaz sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyənin U-21 yığmasının düşərgəsində əlindən zədə alan Barışın əməliyyat olunacağı bildirilib. 21 yaşlı yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Türk futbolçu bu yay “Ankara Keçiörəngücü”dən “Qalatasaray”a keçib. O, İstanbul təmsilçisi ilə 4 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin