“Qalatasaray” itirə-itirə gedir

Türkiyənin “Qalatasaray” klubu daha bir ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi qabonlu futbolçusu Mario Leminanın da xidmətindən məhrum olub.

O da ölkəsinin milli komandasından zədəli qayıdan futbolçuların sırasına qoşulub. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, sağ diz bağlarında gərilmə aşkarlanıb. Artıq müalicəsinə start verilən futbolçunun dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir.

Xatırladaq ki, “Qalatasaray”da Radamel Falkao və Florin Andone xeyli müddətdi zədə səbəbindən komandaya kömək edə bilmir. Bu azmış kimi Rayan Babel, Fernando Muslera və Kristian Luyindama da millilərinin düşərgəsindən zədəli dönüb.

İstanbul təmsilçisi Super Liqanın 12-ci turu çərçivəsində “Başakşəhər”lə qarşılaşacaq. Noyabrın 22-də keçiriləcək həmin oyun ərəfəsində “Qalatasaray”ın digər futbolçularından Şener Özbayraklı və Yunes Belhanda da fərdi qaydada məşq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button