
“Qalatasaray”ın təklifi “Napoli”ni qane etməyib
“Napoli”nin hücumçusu Viktor Osimhenin “Qalatasaray”a mümkün transferi gözlənilməz çətinliklərlə üzləşib.
Türkiyə klubu nigeriyalı oyunçunun transferi üçün tələb olunan 75 milyon avronu hissə-hissə və uzunmüddətli ödənişlə verməyə hazır olduğunu bildirsə də, bu təklif Neapol klubunu qane etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Napoli” rəhbərliyi “Qalatasaray”dan bank zəmanəti və birdəfəlik ilkin ödəniş tələb edib. Ancaq bu tələblər qarşılanmadığı üçün İtaliya klubu danışıqları dayandırmağa məcbur olub.
Hazırda yalnız Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Osimhenin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma maddəsini birbaşa ödəməyə hazırdır. O isə Səudiyyə Ərəbistanı klubuna keçmək istəmir və məhz “Qalatasaray”da oynamaq niyyətindədir.
Beləliklə, 26 yaşlı forvardın gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Bizi Facebook-da izləyin