“Qalatasaray”dan Morata ilə bağlı rəsmi açıqlama
Alvaro Moratanın “Qalatasaray”a transferi bitmiş anlaşma kimi təqdim edilsə də, əslində danışıqlar hələ də davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Türkiyə tərəfi heç bir təfərrüat olmadan danışıqların gedişini rəsmən açıqlayıb:
“Futbolçu Alvaro Morata Martinin müvəqqəti icarəsi ilə bağlı futbolçu və onun klubu “Milan”la rəsmi danışıqlara başlanılıb. Təfərrüatları tezliklə ictimaiyyətə açıqlayacağıq”.
Morata “Milan”ın heyətində 25 oyun keçirib. O, 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin