“Qalatasaray”dan böyük həmlə

“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji “Qalatasaray”a keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu artıq “şəhərlilər” və isveçrəli futbolçunun agenti ilə əlaqə saxlayıb. Hazırda Akanji hələ yekun qərarını verməyib.

Akanji İsveçrə futbol məktəbinin yetirməsidir. O, peşəkar karyerası ərzində “Vintertur”, “Bazel” və Dortmund “Borussiya”sında oynayıb. 2017-ci ildən etibarən İsveçrə millisinin də üzvüdür.

30 yaşlı futbolçunun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button