
“Qalatasaray” ilk məğlubiyyətinə üzüldü
Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 4 oyun baş tutub.
“Fənərbaxça” “Kayserispor”la ev oyununda inamlı qələbəyə sevinib. Lider “Qalatasaray” isə səfərdə “Kocaelispor”a uduzub. Bu, son çempionun yeni mövsümdəki ilk məğlubiyyəti olsa da, komanda 29 xalla vahid liderdir. “Fənərbaxça” 28, “Trabzonspor” 25, “Samsunspor” 23, “Göztəpə” 22, “Beşiktaş” 20 xal toplayıb.
Türkiyə Super Liqası
12-ci tur
7 noyabr
Gənclərbirliyi – Başakşəhər 2:1
Qollar: Kelven, 35. Nyanq, 53-pen – Şomurodov, 46.
8 noyabr
Qaziantep – Rizəspor 2:2
Qollar: Bayo, 2. K.Rodriqes, 74 – Sou, 92. K.Rodriqes, 59-öz qapısına.
Trabzonspor – Alanyaspor 1:1
Qollar: Onuaçu, 15 – Haci, 73.
Antalyaspor – Beşiktaş 1:3
Qollar: Boli, 52 – Abraham, 2. Djalo, 27. J.Silva, 81.
Kasımpaşa – Göztəpə 0:2
Qollar: J.Santos, 52; 55.
9 noyabr
Karagümrük – Konyaspor 2:0
Qollar: Serjinyo, 32. Fofana, 45.
Kocaelispor – Qalatasaray 1:0
Qol: Aqyei, 45.
Fənərbaxça – Kayserispor 4:2
Qollar: Asensio, 38. Nene, 40; 50. K.Aktürkoğlu, 63 – Onuqkha, 53; 74.
Samsunspor – Eyüpspor 1:0
Qol: Borevkoviç, 85.
Bizi Facebook-da izləyin



