“Qalatasaray” “Barselona”nın futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğanla maraqlanır.

Komanda.az “Sport” nəşrinə istinadən xəbər verir ki, Türkiyə klubu 2024/25 mövsümündə Çempionlar Liqasında daha uğurlu çıxış etmək üçün 33 yaşlı futbolçu ilə heyətini gücləndirmək istəyir.

Gündoğan 2023/24 mövsümündə “Barselona”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 5 qol vurub və 14 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 16 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button