“Qalatasaray”ın futbolçusu “Olimpiakos”da – rəsmi
Türkiyənin “Qalatasaray” klubunun mövsümün əvvəlində “Selta”dan icarəyə götürdüyü yarımmüdafiəçisi Əmrə Mor karyerasını Yunanıstanda davam etdirəcək.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu icarə əsasında “Olimpiakos”da çıxış edəcək. Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçu mövsümün sonunadək Yunanıstan klubunun şərəfini qoruyacaq. “Olimpiakos” “Qalatasaray”a 410 min avro icarə məbləği ödəyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin