“Qalatasaray” fransalı futbolçunu komandadan uzaqlaşdırıb
“Qalatasaray”ın yarımmüdafiəçisi Tanquy Ndombele əsas komandadan uzaqlaşdırılıb.
Komanda.az “Fotospor” nəşrinə istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Qalatasaray”ın “Bayern”ə uduzmasından (1:3) sonra fransalı futbolçu komanda ilə oteldə olarkən “hamburger” və kartof sifariş edib. “Aslanlar”ın məşqçilər korpusu futbolçuya çəkisini 75 kq-a endirməyənə qədər meydana çıxmayacağını bildirib.
“Qalatasaray” Ndombelenin transfer hüququnu 2024-cü ilin yayında “Tottenhem”dən 15 milyon avroya almaq imkanına malik olsa da, bunun əvəzində Türkiyə klubu hazırda futbolçunun icarəsinə vaxtından əvvəl xitam vermək imkanını nəzərdən keçirir.
26 yaşlı futbolçu bu mövsüm 7 matçda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin