“Qalatasaray” Fredin transferi ilə bağlı razılıq əldə edib?

Türkiyənin “Qalatasaray” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Fredi transfer etməklə bağlı danışıqları davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi qarşıdakı günlərdə braziliyalı oyunçunun keçidi ilə bağlı razılıq əldə edə biləcəyinə inanır.

Fredlə maraqlanan başqa klubların da olduğu diqqətə çatdırılıb.

O, 2022/23 mövsümündə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 56 oyunda altı qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button