“Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

Türkiyə çempionu “Qalatasaray” fransalı yarımmüdafiəçisi Stiven Nzonzi ilə bağlı sərt qərar qəbul edib.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu komandanın son məşqindəki intizamsız davranışlarına görə heyətdən kənarlaşdırılıb.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Amma onun nə vaxta qədər əsas komandadan ayrı qalacağı bildirilmir.

Qeyd edək ki, “Qalatasaray” fransalı futbolçunu cari mövsümün əvvəlində İtaliyanın “Roma” klubundan icarəyə götürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button