“Qalatasaray” – “Fənərbaxça” matçını sloveniyalı hakim idarə edə bilər

Türkiyə Super Liqasının 23-cü turunda keçiriləcək “Qalatasaray” – “Fənərbaxça” oyununu idarə edəcək hakim müəyyənləşib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Hakimlər Komitəsi İstanbul derbisinə sloveniyalı FİFA referisi Slavko Vinçiçi təyin etməyi düşünür.

O, bu gün UEFA Çempionlar Liqasında PSV (Niderland) – “Yuventus” (İtaliya) matçını idarə edəcək. Qərar rəsmiləşsə, Vinçiç sabah İstanbula gedəcək.

İstanbul derbisi fevralın 24-də, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button