
“Qalatasaray” “Tottenhem”in daha bir oyunçusunu transfer edib
“Tottenhem”in müdafiəçisi Davinson Sançes “Qalatasaray”la müqavilə imzalayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı kolumbiyalı futbolçu ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Türkiyə klubu futbolçu üçün 9,5 milyon avro ödəyəcək.
Daha əvvəl Türkiyə nəhəngi “Tottenhem”in yarımmüdafiəçisi Tanquy Ndombeleni icarə əsasında heyətinə qatıb.
Sançes 2017-ci ildən “Tottenhem”də çıxış edirdi. O, 2022/23 mövsümündə 24 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin