
“Qalatasaray” çempionluğu təmin etdi
Türkiyə Super Liqasında 36-cı tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün 8 oyun baş tutub.
“Antalyaspor” – “Qaziantep”, “Alanyaspor” – “Beşiktaş” və “Bodrumspor” – “Trabzonspor” oyunlarında qalib müəyyənləşməyib.
“Kasımpaşa” evdə “Başakşəhər”ə uduzubsa, “Rizəspor” “Göztəpə”ni, “Samsunspor” “Sivasspor”u, “Fənərbağça” da “Eyüpspor”u xalsız yola salıb. Lider “Qalatasaray” da burda “Kayserispor”a böyük hesabla qalib gəlib. İstanbul təmsilçisi bu qələbə sayəsində çempionluğu təmin edib. “Sarı-qırmızılar” sona iki tur qalmış 89 xalla vahid liderdir. “Fənərbağça” 81 xalla ikinci, “Samsunspor” 60 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”ın 59, “Başakşəhər”in 54 xalı var.
“Qalatasaray” tarixində 25-ci dəfə Türkiyə çempionu olub.
Türkiyə Super Liqası
36-cı tur
17 may
Adana Dəmirspor – Hatayspor 0:5
Qollar: Butobba, 10; 61. Okoronkvo, 26; 38. J.Fernandes, 56-pen.
18 may
Alanyaspor – Beşiktaş 1:1
Qollar: Hvanq, 40 – R.Silva, 71.
Antalyaspor – Qaziantep 0:0
Bodrumspor – Trabzonspor 1:1
Qollar: T.Antalyalı, 12 – M.Çam, 76-pen.
Fənərbağça – Eyüpspor 2:1
Qollar: Ən-Nəsiri, 32. Dzeko, 84 – U.Meraş, 90+4.
Qalatasaray – Kayserispor 3:0
Qollar: Osimhen, 26. B.A.Yılmaz, 29. Muslera, 89-pen.
Kasımpaşa – Başakşəhər 2:3
Qollar: Hayradinoviç, 22-pen. Y.Özcan, 60 – Duarte, 13. O.Kemen, 54. Opoku, 81.
Rizəspor – Göztəpə 6:3
Qollar: Hoyer, 11. Olavoyin, 32. Sou, 50. Zeqiri, 62; 87. Akintola, 85 – Romulo, 26; 45+2-pen. K.Günter, 77.
Samsunspor – Sivasspor 1:0
Qol: Dimata, 9.
Bizi Facebook-da izləyin