“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı

Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, üç qarşılaşmada cütün qalibi bəlli olub.

Liqa mərhələsinə vəsiqələrin sahibləri Avstriya, Türkiyə və Çexiyada dəqiqləşib. Səfərdə “Yanq Boyz”a uduzan “Qalatasaray” İstanbulda revanş ala bilməyib. İsveçrə çempionu 1:0 hesabı ilə qələbə qazanıb.

“Zalsburq” Kiyev “Dinamo”sunu, “Sparta” isə “Malmö”nü mübarizədən kənarlaşdırıb.

Pley-offa avqustun 28-də yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

27 avqust

“Qalatasaray” (Türkiyə) – “Yanq Boyz” (İsveçrə) 0:1 (ilk oyun 2:3)

“Zalsburq” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:1 (2:0)

“Sparta” (Praqa, Çexiya) – “Malmö” (İsveç) 2:0 (2:0)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button