“Qalatasaray” Çempionlar Liqası ilə vidalaşdı
UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.
Komanda.az xəbər verir ki, bu gün 4 qrup üzrə 8 qarşılaşma baş tutub.
Türkiyə çempionu “Qalatasaray” səfərdə “Kopenhagen”lə qarşılaşıb və minimal hesabla uduzaraq ÇL-lə vidalaşıb. Doğma meydanda “Bayern”ə uduzan “Mançester Yunayted” də qrup sonuncusu olub.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
12 dekabr
A qrupu
“Mançester Yunayted” (İngiltərə) – “Bayern” (Almaniya) 0:1
Qol: Koman, 71.
“Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə) 1:0
Qol: Lerager, 58.
Xal: Bayern – 16. Kopenhagen – 8. Qalatasaray – 5. Mançester Yunayted – 4.
B qrupu
“Lans” (Fransa) – “Sevilya” (İspaniya) 2:1
Qollar: Frankovski, 63-pen. Fulqini, 90+6 – S.Ramos, 79-pen.
PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:1
Qollar: Vertessen, 50 – Nketia, 42.
Xal: Arsenal – 13. PSV – 9. Lans – 8. Sevilya – 2.
C qrupu
“Napoli” (İtaliya) – “Braqa” (Portuqaliya) 2:0
Qollar: S.Saatçı, 9-öz qapısına. Osimhen, 33.
“Union Berlin” (Almaniya) – “Real” (İspaniya) 2:3
Qollar: Folland, 45+1. A.Kral, 86 – Xoselu, 61; 72. Sebalyos, 89.
Xal: Real – 18. Napoli – 10. Braqa – 4. Union Berlin – 2.
D qrupu
“İnter” (İtaliya) – “Real Sosyedad” (İspaniya) 0:0
“Zalsburq” (Avstriya) – “Benfika” (Portuqaliya) 1:3
Qollar: Suçiç, 57 – Di Mariya, 32. Rafa Silva, 45+1. Kabral, 90+2.
Xal: Real Sosyedad – 12. İnter – 12. Zalsburq – 4. Benfika – 4.
Bizi Facebook-da izləyin