“Qalatasaray” Bundesliqa klubunun futbolçusu ilə anlaşıb
“Bayer”in (Leverkuzen) futbolçusu Kərəm Dəmirbay Türkiyənin “Qalatasaray” klubu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Tezliklə klublar arasında müqavilə rəsmi olaraq açıqlanacaq.
Dəmirbay son dörd mövsümü Bundesliqa klubunda keçirib. O, komandanın heyətində bütün yarışlarda 149 oyun keçirib, 15 qol vurub və 27 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin