“Qalatasaray” azarkeşi oğluna Muslera adını qoydu
Türkiyənin “Qalatasaray” klubunun azarkeşlərindən biri öz oğluna İstanbul təmsilçisinin qapıçısı Fernando Musleranın şərəfinə “Muslera” adını qoyub.
Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun illərdi bu komandada çıxış edən uruqvaylı qolkiper bununla bağlı sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Bu, inanılmazdı” deyən Muslera, ona olan sevgisini bu cür göstərən tərəfdara təşəkkürlərini çatdırıb.
Qeyd edək ki, mayın 29-da dünyaya göz açan uşağın adı şəxsiyyət vəsiqəsində “Ege Muslera” olaraq qeyd edilib.
33 yaşlı Muslera 2011-ci ildən “Qalatasaray”da çıxış edir. O, bu komandada təxminən 300 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin