“Qalatasaray” 23-cü dəfə Türkiyə çempionu oldu

Bu gün Türkiyə Super Liqasında 36-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bütün oyunları eyni gündə baş tutub.

Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Qalatasaray” darmadağınla qalib gələrək sona iki tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, İstanbul təmsilçisinin sayca 23-cü çempionluğudur.

“Fənərbaxça” da bu turda “Antalyaspor”u 2 cavabsız qolla üstələyib. Ötən mövsümün qalibi “Trabzonspor” isə səfərdə “Girəsunspor” üzərində qələbəyə sevinib.

Türkiyə Super Liqası
36-cı tur

30 may

Alanyaspor – Kasımpaşa 1:3
Qol: O.Aydın, 49 – Djilobodji, 60. Koyta, 65. Fall, 78.

Ankaragücü – Qalatasaray 1:4
Qol: Milson, 16 – İkardi, 7; 38. B.Yılmaz, 73. Oliveyra, 78.

Fənərbaxça – Antalyaspor 2:0
Qol: E.Valensiya, 2. Zayç, 90+5.

Girəsunspor – Trabzonspor 2:4
Qol: F.Genc, 74. Bayiç, 80 – U.Bozok, 30; 59. Bardi, 34. Bakasetas,

İstanbulspor – Adana Dəmirspor 0:2
Qol: E.Akbaba, 35. Gulbrandsen, 90.

Fatih Karagümrük – Kayserispor 2:0
Qol: Frey, 16; 28.

Sivasspor – Konyaspor 1:0
Qol: L.Ceyms, 17.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button