“Qalatasaray”ın transfer etmək istədiyi 2 hücumçu
Türkiyənin “Qalatasaray” klubu ÇSKA-nın hücumçusu Fedor Çalovla maraqlanır.
Komanda.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun agenti ilə əlaqə saxlayıb. Çalov “Qalatasaray”a keçməyə hazır olduğunu bildirib.
Bildirilib ki, Çalov “Qalatasaray”a keçsə, o, komandanın ehtiyat hücumçusu olacaq. Əsas forvard adına namizəd isə “Lion”un sabiq hücumçusu Mussa Dembeledir. Adıçəkilən futbolçuların Super Liqa təmsilçisinə keçidinin qarşıdakı günlərdə açıqlanması gözlənilir.
Çalov ÇSKA-nın yetirməsidir. O, 2022/23 mövsümündə Moskva klubunun heyətində bütün turnirlər daxil olmaqla 41 oyuna çıxıb, 24 qol vurub və 5 məhsuldar ötürmə edib.
Dembele isə 2018-ci ildən Fransanın “Lion” klubunda forma geyinirdi.
Bizi Facebook-da izləyin