
“Bu, PSV üçün rekord transfer ola bilər”
PSV-nin idman direktoru Marsel Brands hücumçu Kodi Qakponun “Liverpul”a mümkün keçidini şərh edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə açıqlama verməyəcəklərini bildirib:
“Kodi Qakponun transferi ilə bağlı heç bir açıqlama verməyəcəyik. Lakin bu, PSV üçün rekord transfer ola bilər”.
Öncədən niderlandlı futbolçunun “Liverpul”la 5 illik müqavilə imzalamağa hazır olduğu bildirilib. Sözləşmənin məbləği 45 milyon avro olaraq dəyərləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin