75 milyon avro istəyirlər – DÇ-2022-də çıxış edən futbolçu üçün
Niderland PSV-si hücumçu Kodi Qakponun xidmətində maraqlı olan klublardan 75 milyon avro tələb edir.
Komanda.az NOS-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Mançester Yunayted”, “Liverpul” və “Real” maraqlanır.
DÇ-2022-də Niderland millisinin heyətində çıxış edən Qakpo 3 qol vurub. Niderland yığması mundialın 1/4 finalında Argentina ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin