Azərbaycan millisinin üzvü karantinə alındı

Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Diana Məmmədova millinin toplanışında iştirak edə bilməyəcək.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Rusiyanın “Yenisey” klubunda çıxış edən futbolçu sonradan milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində COVİD-19 testi verən futbolçunun testi neqativ çıxsa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib. Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən Məmmədova millinin düşərgəsinə qoşulmayıb.

Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində, oktyabrın 23-də Polşa, 27-də isə Çexiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button