Dünya çempionatı: Azərbaycan – Rusiya matçının hakimləri bilindi
Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya millisinə qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Komanda.az xəbər verir ki, noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Rusiya qarşılaşmasını Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi İonela Alina Peşuya olacaq. Ona yan xətt hakimləri Petruta Claudia İugulescu və Mihaela Elena Tepusa köməklik göstərəcək. Dördüncü hakim funksiyası isə Cristina Mariana Trandafir yerinə yetirəcək.
Noyabrın 25-də “Dalğa Arena”da keçiriləcək matç saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin