Qadın millisinin futbolçusu kişi çıxdı, FİFA-ya şikayət edildi FOTO

Qadın futbolçular arasında Asiya kuboku-2022-nin seçmə mərhələsində keçirilən İordaniya – İran matçında maraqlı hadisə baş verib.

Komanda.az xəbər verir ki, İordaniya Futbol Federasiyası sözügedən matçda iştirak edən İran millisinin qapıçısının qadın yox, kişi olduğu ilə bağlı FİFA-ya şikayət edib.

Sosial şəbəkədə sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkli yayılıb.

İran millisinin qapıçısı 4:2 hesabı ilə qələbə qazandıqları penaltilər seriyasında qurtarışları ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button