Azərbaycan millisi baş məşqçisiz qaldı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara vəzifəsindən ayrılıb.

Komanda.az xəbər verir ki, buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısamüddətli müqavilə bağladığı Kaprara yenidən İtaliyanın “İl Bisonte” klubuna qayıdıb (Qafqazinfo).

May ayından Azərbaycan millisini çalışdıran mütəxəssis yığma ilə 3 rəsmi turnirdə iştirak edib. Avropa Liqasında 6 məğlubiyyət alan Kaprara, Olimpiya lisenziyalı turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb.

Kapraranın son sınağı isə Avropa çempionatına təsadüf edib. Onun rəhbərliyi ilə yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli mütəxəssis üçün də son görüş olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button