Azərbaycan millisinin üzvü yığmadakı karyerasını bitirir

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova yığmadakı karyerasını bitirir.

Komanda.az xəbər verir ki, bu barədə 29 yaşlı oyunçu Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında deyib:

“Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq” – o, vurğulayıb.

Braziliyanın “Sesi Bauru” klubunda çıxış edən Polina Rəhimova, 2007-ci ildən Azərbaycan millisinə dəvət alırdı.

Azərbaycan millisi hazırda Niderlandın Apeldorn şəhərində keçirilən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparır. A qrupunda yer alan yığma Niderlanda 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Bununla da Azərbaycan millisinin qrupda sonuncu olacağı dəqiqləşib. Sabah Polşa ilə keçiriləcək son tur oyunun nəticəsindən asılı olmayaraq Azərbaycan millisi olimpiadaya lisenziya qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button